Azadsöz.az xəbər verir ki, “Bəzi sosial şəbəkə istifadəçiləri xəbər saytlarında “Göyçay şəhər Heydər Əliyev parkında uşaq əyləncə qurğusunun ləğv edilməsi və qanunsuz tikinti işlərinin aparılması” barədə paylaşımlar edirlər.
Bildiririk ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən rayon əhalisinin və rayonumuzun qonaqlarının mədəni istirahətinin, asudə vaxtının səmərəli təşkil olunması, turizmin inkişafı, eləcə də yeni iş yerlərinin yaradılması üçün rayon ərazisində müasir üslubda, əhaliyə keyfiyyətli xidmətin təşkil edilməsi məqsədilə yüngül konstruksiyalardan ibarət ictimai iaşə obyektlərinin quraşdırılması və layihələndirilməsi üzrə müsabiqə elan edilmişdir.
İctimai iaşə obyektlərinin quraşdırılması ilə bağlı müsabiqənin elan edilıməsində məqsəd həm də bu sahədə şəffaflığın təmin edilməsidir.
Müsabiqəyə sahibkarlar tərəfindən 3 layihə təqdim edilmişdir. 2 layihə qalib elan olunmuş, digər şəxsin layihəsi isə müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün imtina edilmişdir.
Qalib gəlmiş sahibkar tərəfindən hazırda Heydər Əliyev parkında ictimai iaşə obyektinin quraşdırılması işlərinə başlanılmışdır. Ərazidəki yararsız vəziyyətdə olan uşaq əyləncə qurğusu isə yenisi ilə əvəz ediləcəkdir.
Növbəti müsabiqənin keçirilməsi barədə elan 15 iyun 2023-cü il tarixdə rayon icra hakimiyyətinin rəsmi sosial şəbəkə səhifələrində paylaşılıb”-rəsmi açıqlamada bildirilir.