Azadsöz.az xəbər verir ki, iyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.
Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.
Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.