29 Noyabr 2024 19:29

Azərbaycanla münasibətlərdə gərginliyin artması Ermənistanın iqtisadi göstəricilərinə mənfi təsir göstərə bilər – Moody’s

“Azərbaycanla münasibətlərdə gərginliyin artması Ermənistanın iqtisadi göstəricilərinə mənfi təsir göstərə bilər”.

Azadsöz.az xəbər verir ki, bu barədə “Moody’s” agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bu, gərginlik daxili siyasətə keçərək Ermənistanın iqtisadi və maliyyə perspektivlərində əks oluna bilər.

“Ölkə yüksək geosiyasi risklərlə üzləşir; iqtisadiyyatının kiçik həcmdə və gəlirlərin orta səviyyədə olması isə sarsıntıların təsirini azaltmaq qabiliyyətini məhdudlaşdırır. Ölkə bütünlükdə yetərincə valyuta ehtiyatlarına malik olmasına baxmayaraq, əksər illərdə cari əməliyyat hesabı defisit nümayiş etdirir”, – materialda deyilir.

Bundan başqa, “Moody’s” Ermənistanın hazırkı problemlərinin korrupsiyaya nəzarət və qanunun aliliyinin təmin edilməsi ilə əlaqəli olduğunu qeyd edir.

“Bank sisteminin böyük ölçüsü və dollarlaşmanın əvvəlki kimi yüksək səviyyədə olması maliyyə stabilliyi ilə bağlı risklərin azaldılmasına yönəlmiş makroprudensial və tənzimləyici siyasətin effektivliyi üçün problemlər yaradır”, – hesabatda deyilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul