16 Sentyabr 2024 22:56

Moskva hava limanlarında uçuşlar kütləvi şəkildə ləğv edildi

Azadsöz.az xəbər verir ki, Rusiya paytaxtı Moskvanın üç hava limanında 29 reys təxirə salınıb və ləğv edilib.

Bu barədə məlumat “Yandeks.Raspisaniya” xidmətinin göstəricilərində əks olunub.

Belə ki, Domodedovoda 10 təyyarə reysi təxirə salınıb, dördü isə ləğv edilib. Şeremetyevoda iki sərnişin laynerinin uçuşu ləngidilib. Vnukovoda yeddi reys təxirə salınıb, altısı ləğv edilib.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə isə açıqlama verilməyib.