Azadsöz.az xəbər verir ki, iyunun 28 və 29-da bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Göyçay rayonunda Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının yerləri məlum olub. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Göyçayda Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının yerləri:
1 | Göyçay rayonu, Çayarxı kəndi | Habil Hacıyev | kəsim-satış |
2 | Göyçay rayonu, Qarabaqqal kəndi, mal-qara satış bazarı | Əliağa Həsənzadə | yalnız satış |