Azadsöz.az xəbər verir ki, ötən gün beyninə qan sızması nəticəsində Vətən müharibəsi iştirakçısı Mehdiyev Rəşad Rəşid oğlu qəfil vəfat edib.
Məlumatı mərhumun yaxınları təsdiqləyib.
Qeyd edək ki, 26 yaşlı Rəşad Mehdiyev Vətən müharibəsinə könüllü yollanıb. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.