16 Sentyabr 2024 23:10

Ceyhun Bayramov kral III Çarlzla görüşüb

 Azadsöz.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpası Konfransı öncəsində III Çarlzın Müqəddəs Ceyms Sarayında təşkil etdiyi qəbulda iştirak edib.