16 Sentyabr 2024 22:57

Lisey və gimnaziyalara keçirilən qəbul imtahanının nəticələri AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyaların 8-ci sinfinə mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib.

Bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıblar.

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər 4 iyul 2023-cü il saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun 2023-cü il saat 12:00 tarixinədək office@arti.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.