Azadsöz.az xəbər verir ki, EFA Millətlər Liqasında final oyunu keçirilib.
Həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. İspaniya millisi penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib. Bununla da, onlar tarixlərində ilk dəfə olaraq turnirin qalibi adına yiyələniblər.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İtaliya Niderlandı 3:2 hesabı ilə məğlub edib.
18 iyun
UEFA Millətlər Liqası
“Dördlər finalı”
Final
22:45 Xorvatiya – İspaniya – 0:0 (penaltilər seriyası – 4:5)
Üçüncü yer uğrunda görüş
17:00 Niderland – İtaliya – 2:3
Qollar: Dimarko, 6 (0:1), Frattesi, 29 (0:2), Berqviyn, 68 (1:2), Kyeza, 72 (1:3), Veynaldum, 89 (2:3)