Azadsöz.az xəbər verir ki, bu gün hər hansı səbəbdən 2023-cü il mayın 7-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, imtahanda 1154 nəfərin iştirakı gözlənilirdi.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.
İyunun 19-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.