Azadsöz.az xəbər verir ki, məktəb direktoru və müavini təyinatında sertifikatlaşmanın nəticələri nəzərə alınacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, öz fənnini mükəmməl bilməyən müəllimin digər müəllimlərə rəhbərlik etməsi o qədər də düz deyil.