Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir.
DİM-nin məlumatına görə, imtahan bütün binalarda saat 10:00-da başlanır və 3 saat davam edir.
Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 1464 olmaqla, ümumilikdə 1970 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 171 nəzarətçi müəllim, 28 buraxılış rejimi əməkdaşı cəlb edilib.