16 Sentyabr 2024 23:10

Peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisas əlavə ediləcək

Azadsöz.az xəbər verir ki, yüksək texniki peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisasın əlavə edilməsi planlaşdırılır.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, bura kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı, texniki yeni ixtisaslardan (1 illik) isə rabitə quraşdırıcısı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslar aiddir.