16 Sentyabr 2024 22:49

“Çinar ömürlü şair” adlı tədbir keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir  verir  ki,  19 may  2023-cü il tarixində  Göyçay şəhər Rəsul Rza adına ev muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri – Xalq şairi  Rəsul Rzanın anadan olmasının 113  illiyi ilə əlaqədar  “Çinar ömürlü şair” adlı tədbir keçirilib.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov,  Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Göyçay şəhər Rəsul Rza adına ev muzeyinin direktoru  Solmaz  Həsənova, muzeyin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  giriş  sözü  ilə  açan Solmaz  Həsənova  Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olduğunu  vurğulayıb. Milli söz sənətimizə yeni forma və ruh gətirmiş novator şairi olduğunu  qeyd  edib. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak  etdiyini diqqətə  çatdırıb.

Daha  sonra  “Göyçay” qəzetinin redaktoru, AYB-nin üzvü Adil  Məmmədov, Muxtar İmanov və  Rafiq İsgəndərov çıxış  edərək  şairin həyat  və yaradıcılıq yoluna nəzər salıblar, onun Azərbaycan dilinin poetik potensialının yeni- yeni imkanlarını  üzə  çıxardığını  vurğulayıblar. Rəsul Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli bədii nümunələr  yaratmaqla  yanaşı, respublikamızın elmi-mədəni  həyatında  dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanındığını  bildiriblər.

Sonra tədbir  Göyçay  Mədəniyyət  Mərkəzinin və məktəblilərin ifasında R.Rzanın şeirlərindən parçalar  və  sözlərinə  yazılan  mahnılar   səsləndirilib.