16 Sentyabr 2024 22:51

Cəlilabadda məscid yandı-VİDEO

Azadsöz.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun  Dələli kəndində qeydə alınıb.

Belə ki, kənddəki ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.