Azadsöz.az xəbər verir ki, Türkiyəin Antalya şəhərində “Damen” adlı gəmi istehsalı fabrikində güclü baş verib.
Yanğın kimyəvi maddələrin alovlanması ilə bütün fabriki əhatə edib.
Yanğın zamanı müəssisədə partlayışlar olub. İşçilər tərsanədən təxliyə edilib.
Əraziyə yanğınsöndürmə briqadası ilə bərabər yanğınsöndürmə helikopteri də cəlb olunub.
Yanğında xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.