Azadsöz.az xəbər verir ki, 15 may 2023-cü il tarixində Göyçay rayonunun Heydər Əliyev prospektində daha bir sahibkara məxsus “ZEYTUN” marketin açılışı olub.Açılış mərasimində rayon sakinləri və qonaqlar iştirak ediblər.
Açılış zamanı market rəhbəri bildirib ki, marketin rayonun mərkəzində açılmasında məqsəd işsizləri yeni iş yeri ilə təmin etmək, müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərməkdir.Mağaza sahibi sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə başçısına minnətdarlığını çatdırıb və açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra müştərilər marketdə yaradılan şəraitlə, onlara endirimlə təqdim olunan ərzaq və qeyri-ərzaq məhsullarla tanış olublar.