22 İyun 2024 19:58

Bakının bir sıra ərazilərində işıq olmayacaq

Azadsöz.az xəbər verir ki, elektrik enerjisi təchizatı sxeminin yüksək standartlara cavab verməsi üçün “Azərişıq” ASC-nin Bakı şəhərinin bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar planlı fasilələr yaranacaq.

Fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur.

Qurumun abonentlərə müraciətində deyilir ki, bu barədə məlumatları “Azerishiq.az” saytında “Planlı fasilələr” bölməsində ətraflı şəkildə əldə etmək olar.

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması Cəmiyyət tərəfindən qarşıya qoyulmuş ən vacib məsələlərdəndir.

Belə ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda və Bakı şəhərində elektrik təsərrüfatının yaxşılaşıdırılması məqsədilə “Azərişıq” bir sıra tədbirləri həyata keçirməkdə davam edir.