27 İyul 2024 04:30

Cavad Cavadov Göyçayda vətəndaşları qəbul edəcək-TARİX (FOTO)

Azadsöz.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov mayın 27-də  saat 11:00-da  Göyçayda həmin rayon üzrə qeydiyyatda olan sakinləri qəbul edəcək.

Qeyd olunan rayonun sakinləri 22-24 may 2024-cü il (saat 18:00-dək) tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-3” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edə, elektron müraciət (merkeziaranrti@gmail.com) etməklə, Göyçay rayonu üzrə təhsil sektorunun (+99420) 274-32-45 nömrəli əlaqə telefonu ilə əlaqə saxlaya və eyni zamanda rəsmi “WhatsApp” xidmətinə (0518679571) müraciət etməklə qəbula yazıla bilərlər.