16 Sentyabr 2024 23:12

Ermənistanda əsir götürülən əsgərimiz həbs edildi

Azadsöz.az xəbər verir ki, bir müddət öncə qeyri-sabit hava şəraitində Ermənistan ərazisinə keçən Aqşin Bəbirova hökm oxunub. 

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. 

Məlumata görə, qondarma məhkəmə zamanı hərbçimiz 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hərbçi sərhədi qanunsuz keçməkdə, sərhəddən silah və sursat keçirməkdə təqsirli bilinib.

Digər hərbçimiz Hüseyn Axundovun işi üzrə istintaq davam edir.