16 Sentyabr 2024 23:24

İlham Əliyev Paşinyanla görüşəcək

Azadsöz.az xəbər verir ki, Avropa Şurasının prezidenti Şarl Mişel bazar günü  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə Financial Times qəzeti məlumat yayıb. 

“Ermənistan və Azərbaycan liderləri gələn həftəsonu Brüsseldə görüşəcəklər”, – deyə KİV qeyd edib.   

FT-nin məlumatına görə, danışıqlarda  Azərbaycanın Laçına gedən yolda sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi, həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq.