16 Sentyabr 2024 22:52

Göyçay rayon Mərkəzi Kitabxanasında görüş keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki,  “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayon Mərkəzi Kitabxanasının əməkdaşları ilə görüş keçirilibdir.

Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, respublikanın Əməkdar müəllimi Adil Məmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon Komitəsinin sədri Nəriman Məlikov, bədii qiraət ustası Əli Səfalı, rayonun nüfuzlu ziyalıları və mədəniyyət işçiləri iştirak ediblər.

Görüş Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıbdır.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon Komitəsinin sədri Nəriman Məlikov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda geniş məruzə edərək “Ümummilli liderin müstəqil Azərbaycan rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsinin qanunvericilik bazasının formalaşması istiqamətində mühüm işlər görməsindən, Ulu Öndərin rəhbərliyi altında mədəniyyət sahəsində “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidlərinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında”, “Muzeylər haqqında”, “Kitabxana işi haqqında” qanunların qəbul edilməsindən bəhs edibdir.

Görüşdə Göyçay Rayon İcra Hhakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, respublikanın Əməkdar müəllimi Adil Məmmədov, Göyçay rayon Mərkəzi Kitabxanasının müdir əvəzi Zəfər Hacıyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə aparaq onu müstəqilliyə qovuşdurmasından, Azərbaycan iqtisadiyyatının sürətli inkişafından söhbət açmış, ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri kimi istedadlı insanlar üçün münbit şəraitin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd ediblər.

Tədbirdə Ümummili liderə həsr olunmuş şerlər səslənmiş, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilibdir.