16 Sentyabr 2024 23:20

Katrin Kolonna Bakıya GƏLDİ

Azadsöz.az xəbər verir ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Bakıya gəlib.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Qafqaza səfərimə Azərbaycan, Ermənistan, sonra Gürcüstanda başlamaq üçün Bakıya gəldim. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. O, buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım mesajdır” – deyə nazir bildirib.

Qeyd edək ki, Katrin Kolonnanın Bakıda bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılır.