Bu barədə report-un sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən bildirilib.
Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar:
“Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”.
Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.