16 Sentyabr 2024 23:42

Göyçayda külək fəsadlar törədib-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün saat 15:30 radələrindən  əsməyə  başlayan güclü külək  Göyçay  rayonunda bir sıra fəsadlar törədib.

Güclü  külək  rayonun Heydər Əliyev prospekti, Nizami  və Mehman Muradov  küçələrinə  ziyan  vurub.

Belə ki,  küləyə  tab  gətirməyən  ağaclar  Heydər Əliyev prospektində  “Zəfəran” aptekinin ,  Nizami küçəsində “Mercedes” markalı minik avtomobilinin və  Mehman Muradov  küçəsində  isə  yolun  üstünə  aşıb.

Qeyd edək ki,  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Abadlaşdırma Təmir  şöbəsinin  işçi  kollektivi və  texnikası  cəlb olunub, ağaclar hissələrə doğranaraq ərazilərdən götürülüb.

Bildirək  ki,  küləyin təsiri   nəticəsində rayonun  bir  çox  hissəsində  və  kəndlərində  elektrik verilişi dayanıb.

Külək fəsadlar törədib

Külək fəsadlar törədib

Külək fəsadlar törədib

Külək fəsadlar törədib

Külək fəsadlar törədib