Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsinin işçi kollektivi tərəfindən rayonun Atatürk küçəsində çinar ağaclarının budanması işləri aparılıb.
Belə ki, küçədə quruyaraq insan həyatı, ümumiyyətlə ətraf mühitə təhlükə törədən çinar ağaclarının budaqları kəsilib, budanmış tullantıların ərazidən daşınması və həmin ərazinin təmizlənməsi işləri görülüb.
Qeyd edək ki,mərhələli şəkildə rayonun digər küçələrində də ağacların qurumuş budaqlarının budanması işləri aparılacaq.