Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Mənzil İstismar İdarəsinin işçi kollektivi tərəfindən rayonun N.Nərimanov küçəsində ( keçmiş Sabir bağı adlanan ərazi) əkilmiş şam ağaclarına qulluq göstərilib.
Belə ki, sözgüdən gedən ərazidə torpaq örtüyü hamarlanıb, əkilmiş şam ağaclarının, dekorativ güllərin dibləri bellənib və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Göyçay rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir.