28 May 2024 10:40

Göyçayda əməliyyat keçirildi-6 nəfər tutuldu: SON DƏQİQƏ (FOTO)

Azadsöz.az  xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyatlar keçirilib və 6 nəfər tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun  məlumatına görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri-Natiq Adıgözəlov, Ceyhun Bədəlov, İlyas Cəfərov, Bağır Həsrətov, Elşən Niyətov və Yusif Musayev narkotiklərin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Adıgözəlov, Bağır Həsrətov və Ceyhun Bədəlovdan heroin, digər üç nəfərdən isə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Açıklama yok.