16 Sentyabr 2024 23:09

Bakıda baş verən atışmada yaralananlardan biri ATU-nun tələbəsidir

Azadsöz.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti güllələnən tələbə ilə bağlı məlumat yayıb

“Təəssüf hissi ilə bildiririk ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb” – məlumatda qeyd edilib.