Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin təşkilatçılığı ilə Göyçay çayının sahilində 3 hektar ərazidə yeni yaşıllıq sahəsinin salınması məqsədi ilə əkilən pavlonya ağacının suvarılması üçün suvarma xətlərinin çəkilməsi işlərinə başlanıb.
Belə ki, əkilən ağacların vaxtlı-vaxtında suvarılması üçün Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir və Mənzil İstismar şöbəsinin işçi kollektivi tərəfindən Göyçay çayından plastik turbalar vasitəsilə su xətlərinin çəkilməsi işəri aparılır.