03 May 2024 10:39

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda yanğın hadisəsi baş verib

Azadsöz.az xəbər verir ki, hadisə bu gün səhər saat 7:30 radələrində rayonun Şahsoltanlı kəndində qeydə alınıb. Kənd sakini Kərmov Laçın Məzlum oğluna məxsus ümumi sahəsi 96 kvadratmetr olan mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı tövlə ilə yanaşı içəridəki 7 baş inək, 10 baş qoyun, xeyli sayda ev quşu, 4 ton ot yanıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, bilinmir.

Faktla bağlı araşdırma aparılır.