08 May 2024 02:59

Fərqliliyimiz Uğurumuzdur

Prezidentin köməkçisi İsrailə səfər edib

Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Bu barədə Azərbaycanın İsraildəki Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, nümayəndə heyəti dövlət və kənd təsərrüfatı təyinatlı torpaqların idarə olunması sahəsində biliklərini bölüşmək və ölkələr arasında gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə İsrail Torpaq Komitəsində görüş keçirib.