27 İyul 2024 03:23

Göyçayda Xocalı soyqırımının 31-ci ildönümü yad olunub-VİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Xocalı soyqırımının 31- ci il dönümü ilə əlaqədar  Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi yad olunub.

Göyçay  Şəhidlər  Xiyabanında  Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev,  RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonda müvəqqəti məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin üzvləri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən ziyarət olunub,“Xocalı Soyqırımı” abidə kompleksinin üzərinə  gül dəstələri düzülərək Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edilib.