19 Sentyabr 2024 04:51

Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb-FOTO

Azadsöz.az xəbər verir ki, Daxil olan müraciət əsasında Kürdəmir rayonu, Atakişili kəndində fəaliyyət göstərən “Cavidan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçirib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı ictimai iaşə müəssəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, həmçinin istehlaka yararsız qida məhsullarının satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com