08 Sentyabr 2024 04:25

Mədəniyyət Nazirliyinin Teatr sektoruna TƏYİNAT

Azadsöz.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektoruna təyinat olub.

Belə ki, Böyükxanım Talıbova sözügedən sektora müdir təyin edilib.

Nazirlikdən faktı təsdiq ediblər. Bildirilib ki, bununla bağlı nazir Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Böyükxanım Talıbova bundan öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri olaraq çalışıb.