Azadsöz.az xəbər verir ki , qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcək.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirib ki, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
“Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur”, – deyə əlavə edilib.