Azadsöz.az xəbər verir ki, ötən gün vəfat edən Göyçay rayonunun Cəyirli kənd sakini I-ci Qarabağ müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Elnur Həmid oğlu Məmmədovun atası Həmid Məmmədovla vida mərasimi keçirilib.
Dəfn mərasimində Həmid Məmmədovun ailə üzvləri, yaxınları, kənd sakinləri, şəhd ailələri iştirak ediblər.
Evində cənazə namazı qılınıb, ruhuna dualar oxunub və izdiham içində Qaraxıdır kənd qəbirstanlığında dəfn olunub.
Xatırladaq ki, şəhid Elnur Məmmədov 1994-cü il aprel ayında Tərtər rayonu Mərquşavan, Qırmızı kənd istiqamətində gedən döyüşlərə qatılmış və geri dönməmişdir.