02 May 2024 06:23

Fərqliliyimiz Uğurumuzdur

Göyçayın Cəyirli kəndində təmizlik və abadlıq işləri aparılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırıq və tövsiyələrinə əsasən  Cəyirli kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən kənddə təsərrüfatlararası  bağlarda əl əməyindən  istifadə  olunaraq suvarma arxları  lil və çöküntülərdən təmizlənib.

Kənddə yol kənarlarında olan uzun illər ərzində quruyaraq insan həyatı, ümumiyyətlə ətraf mühitə təhlükə törədən ağaclar kəsilərək  həmin ərazidən daşınıb.Bununla  yanaşı  kənddə yolboyu olan  bağlar  kol-kosdan təmizlənib, bağların  hazarlanması bağ  sahiblərinə tapşırılıb.

Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində yerləşən  “Dostluq Parkı”-nın  qarşısı məişət tullantılarından və polietilen torbalardan təmizlənərək  səliqəyə salınıb.