Azadsöz.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Çərəkə kəndində qeydə alınıb.
Çərəkə kənd sakini, 1997-ci il təvəllüdlü Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşərək yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər. Bətnində 8 aylıq körpəsi olan hamilə qadın ilk uşağını dünyaya gətirəcəkdi. Müayinə zamanı ana bətnindəki uşağın da öldüyü məlum olub. Fidan Kərimovanın ölümünün səbəbi hələ ki, bilinmir.
Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Müayinə və ekspertiza rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.