Azadsöz.az xəbər verir ki, 17 yanvar 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin sədrliyi ilə şəhid və qazi ailələri ilə görüş keçirilib.
Görüşdə RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bidirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq.Vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını vurğulayıb.Göyçay rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
Daha sonra aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə şəhid ailələri və qazilərin müraciətləri dinlənilib.
Qaldırılan müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı şəxslərə tapşırıqlar verilib.