Azadsöz.az xəbər verir ki, 16 yanvar 2023-ci il tarixdə “Azadsöz.az” xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu, “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən Muradova Göyçay rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində olublar.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılov Gülşən Muradovanı və Səbuhi Eltonlunu qəbul edərək özünün təşəbbüsü ilə Mərkəzin giriş hissəsində qurulan monitorla bağlı məlumat verib.
Bildirib ki, Mərkəzin giriş hissəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman göyçay şəhidlərini rayon sakinlərinə və rayona gələn qonaqlara daha da yaxından tanıtmaq üçün qurulan monitorda gün ərzində şəhidlərimiz haqqında və onların döyüş yolları ilə bağlı məlumat nümayiş olunur.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılovun gördüyü uğurlu iş bununla da bitmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğı Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzindədə öz əksini tapır.Elçin İsmayılov tərəfindən 15 nəfər qazi, 6 şəhid ailəsinin nümayəndəsi və 2 nəfər Vətən Müharibəsi iştirakçısı Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində müxtəlif sahələr üzrə işlə təmin olunub.
Sizlərə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elçin İsmayılovun müsahibəsini təqdim edirik: