Azadsöz.az xəbər verir ki, Göyçay Heydər Əliyev Mərkəzində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi MMC tərəfindən Göyçay və ətraf rayonların 11-ci siniflərində təhsil alan abituriyentlərə məsuliyyət mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Layihənin həmtəsisçisi Bəhruz Hidayətzadə tədbirdə iştirak edərək sabahın gəncliyinin ailəsində, oxuduğu və çalışdığı yerdə, ölkəsinə, cəmiyyətə və ətraf mühitə qarşı məsuliyyətini dərk edən, məsuliyyətlə davranan, məsuliyyət götürən nəsil olmasını, gənclərin hər birinə Vətənimiz qarşısında olan məsuliyyətimizlə yanaşı, şəxsi, sosial və ətraf mühit qarşısında olan məsuliyyətin dərk edilməsi ilə bağlı ətraflı məlumat verərək gəncləri bu mövzularda maarifləndirib.