Azadsöz.az xəbər verir ki, Göyçay rayon Sanitar-Təmizlik İdarəsi məişət tullantılarını konteynerlərdən özü götürüb boşaldan yeni “MAN” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təmin olunub.Həmin nəqliyyat vasitəsi 1 dəfəyə 12 ton məişət tullantısını yığmaq gücündədir.
“MAN” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinin alınması Sanitar-təmizlik İdarəsində çalışan fəhlələrin iş yükünü yüngülləşdirəcək və rayon ərazisindən məişət tullantılarının operativ və vaxtında daşınmasını təmin edəcəkdir.
Rayon Sanitar-təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədova nəqliyyat vasitəsinin alınması işinin təşkilində göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk.