18 May 2024 08:40

X Qlobal Bakı Forumunun vaxtı açıqlandı – FOTO

Azadsöz.az  xəbər  verir  ki, Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumu keçiriləcək.

Bu barədə təşkilatın “Twitter” səhifəsində xəbər verilib.

Məlumata görə, martın 9-11-nə planlaşdırılan tədbir “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri ənənəvi qaydada keçirilir.