Azadsöz.az xəbər verir ki, hadisə Bakı – Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 ilə digər minik maşını toqquşub.
Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb.
Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1990-cı il təvəllüdlü Asif Əliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur.
Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə müxtəlif xəstəxanalara aparılıblar.
Yaralıların vəziyyətlərin orta ağır olduğu bildirilir.