27 İyul 2024 07:12

Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb – YENİLƏNİB + FOTO

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, uçqun baş verən əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.

Bildirilib ki, hazırda ağır texnikalar ərazidə yolun açılması istiqamətində işləri davam etdirir.

****

17:36

Azadsöz.az xəbər verir ki, Lerik rayonunun mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub.

Dağdan düşən iri qaya parçası yolu bağlayıb.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.