Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, kənd bələdiyyəsinin və rayon Suvarma Sistemləri İdarəsinin Sudan İstifadə Edənlər Birliyinin birgə təşkilatçılığı ilə suvarma arxlarının qazılması işləri aparılıb.
Əkin sahələrinin suvarma suyuna olan təlabatının yaxşılaşdırılması məqsədilə Potu kəndi ərazisində son 1 həftə ərzində 1500 metrdən çox məsafədə suvarma arxları qazılaraq lil və çöküntülərdən təmizlənibdir.
Qeyd edək ki, görülən işlər rayonun digər kəndlərində aparılır.