Azadsöz.az xəbər verir ki, Göyçay Sanitar-Təmizlik idarəsinin əməkdaşı Tahirə Güləliyevanın doğum gününü, 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramını Göyçay Sanitar-Təmizlik idarəsinin rəhbəri Ruslan Məmmədov başda olmaqla kollektiv çay süfrəsi arxasında qeyd etdi.
Ruslan Məmmədov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb.Tahirə Güləliyevanı doğum günü və kollektivi bayram münasibəti ilə təbrik edib, möhkəm cansağlığı, uğurlar arzulayıb.