Azadsöz.az xəbər verir ki, Hərbi Prokurorluğun istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Babayev İlham Vaqif oğlu vəzifəsindən azad edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Digər əmrlə İlham Babayev Şəmkir hərbi prokuroru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, yeni təyin olunan İlham Babayev Göyçay Abadlaşdırma və təmir idarəsinin rəhbəri Vaqif Babayevin oğludur.