23 Noyabr 2024 12:43

Gənc könüllülərin layihələrinin təqdimatı keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, dekabrın 22-də Göyçay şəhər Heydər Əliyev mərkəzində Gənc könüllülərin layihələrinin təqdimatı keçirildi.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Sərvət Ağayev, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov, rayon gəncləri və könüllülər iştirak edib.

Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova rayonda könüllülük fəaliyyəti, rayon İcra Hakimiyyətində gənclərə yaradılmış şəraitlə bağlı geniş məlumat verib.

Sonra rayon İcra Hakimiyyətinin könüllüsü Firuzə Quluzadə “Peşə təmayüllü siniflərin təşkili” mövzusunda məlumat verərək qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə artıq üç ildir fəaliyyət göstərən layihə 80 məktəb, 124 sinif və 2000-dən çox şagird heyətini əhatə edir. Layihənin məqsədi ümumi orta təhsil bazasında təhsil alanların peşə təhsili haqqında ilkin bilik və bacarıqlara yiyələnməsi, əmək bazarına peşə yönümlü şəxslərin cəlbi, dəyişən əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır. Layihədə 3 profil üzrə ümumilikdə 12 ixtisas tədris olunmaqla yanaşı, STEAM və Sürücülük dərsləri də keçirilir.

Sonra İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Sərvət Ağayev Layihə əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə ilə müxtəlif təlimlərin keçirildiyini və layihənin əhəmiyyəti, şagirdlər üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verdi.

Sonda könüllülər onlara yaradılan şəraitə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul